“Bitcoin” yenidən bahalaşdı

Bu gün, 09:10 63 dəfə baxılıb

 

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib.

“Ethereum” 6,15% artaraq 2 619,97 dollara, BNB 1,84% bahalaşaraq 763,59 dollara, “Zcash” 3,37% yüksələrək 1 534,36 dollara çatıb. “Monero”da daha güclü artım qeydə alınıb – kriptovalyuta 11,38% bahalaşaraq 573,35 dollara yüksəlib. “Bittensor” 6,78%, “Bitcoin Cash” isə 1,25% dəyər qazanıb.

Qızıl əsaslı kriptovalyutalarda da müsbət dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) 0,36% bahalaşaraq 4 368,22 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 5,35% artaraq 169,04 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,63 trln. dollara yaxınlaşıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930