“Bitcoin”in qiyməti 84 min dolları ötüb

15-03-2025, 11:59 102 dəfə baxılıb

 

Martın 15-də kriptovalyuta birjalarında “Bitcoin” yenidən bahalaşıb.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası “Bitcoin”in (BTC) qiyməti son 24 saat ərzində 2.78% artaraq 84 332 ABŞ dolları səviyyəsinə yüksəlib.

Kriptobazarın ümumi həcmi 28.5 milyard ABŞ dollarına çatarkən, Bitcoinin bazar dəyəri 1.67 trilyon ABŞ dolları ilə liderliyini qoruyub.Paralel olaraq Ethereum (ETH) 1.77% bahalaşmaqla 1 929 ABŞ dollarına yüksəlib. İlk beşlikdəki digər kriptovalyutalardan XRP 5.78%, BNB 1.81%, “Solana”da isə (SOL) isə 7.08% artım müşahidə edilib.

Ən yüksək artım PI-də müşahidə edilib -14.22%. SUI (SUI) isə 10.19% enişlə ən çox dəyər itirən koin olub. Kriptobazarın dinamikası göstərir ki, altkoinlər arasında yüksək volatillik davam edir, ən aktiv artım isə “PI” və “Solana”ya aid olub.

Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031