LeoBank indi də jurnalistə kələk gəlib: "Heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore"də..." - "Bu xidmətdən uzaq durun!"

16-09-2026, 10:16 65 dəfə baxılıb

 

"Dostlar, hər kəsi diqqətli olmağa çağırıram. Bu gün LeoBank (Leo Bank) tərəfindən çox ciddi təhlükəsizlik boşluğu və tamamilə etibarsız müştəri xidməti ilə üzləşmişəm Mənim kartımdan, heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore" adlı ticarət obyektinin adından xəbərim olmadan ard-arda pullar çıxılıb:

1-ci dəfə 25 AZN 27 qəpik

2-ci dəfə 13 AZN 76 qəpik

3-cü dəfə 13 AZN 76 qəpik"

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu jurnalist Adəm Abbaslı Feysbuk hesabında yazıb.

"Unibank"ın layihəsi olan "LeoBank"ın qanunsuzluğundan söz açan jurnalistin sözlərinə görə, ən dəhşətlisi isə odur ki, bu pullar silinərkən ona heç bir 3D Secure (SMS təsdiq kodu) gəlməyib:

"Bank müştərinin vəsaitinin təhlükəsizliyini qoruya bilmir. Kart məlumatları kənar şəxslərin əlinə keçib və Leo Bank buna sadəcə tamaşa edir. Bayaqdan dəstək xəttinə (WhatsApp və tətbiq üzərindən) yazıram, lakin qarşımda elementar nəzakət qaydalarına belə əməl etməyən, müştərini taleyin ümidinə buraxan bir "xidmət" var. Cavab belə vermirlər!

Pulunuzun dərhal oğurlanmasını və köməksiz qalmaq istəmirsinizsə, bu xidmətdən uzaq durun!

Mən rəsmi olaraq etiraz (Chargeback) prosesini başladacam və hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Amma siz də ayıq olun, Leo Bank kartlarınızdakı vəsaitləri nəzarətdə saxlayın, pullarınız hər an yoxa çıxa bilər!".

Samir MUSAYEV

mia.az









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930