"Unibank" "YAŞAT" Fonduna 100 000 manat ianə edib

7-11-2025, 17:18 115 dəfə baxılıb

 

Bu il Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Zəfər Gününün 5 illiyi qeyd olunur.


Bu münasibətlə "Unibank KB" ASC Zəfəri bizə yaşadan qəhrəmanlara dərin ehtiramını bildirərək, "YAŞAT" Fondunun keçirdiyi marafona 100 000 manat ianə edib.


"Unibank" üçün şəhid və qazi ailələrinə dəstək, bankın korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bank illərdir bu istiqamətdə davamlı layihələr həyata keçirir və iki şəhid ailəsinin daimi himayədarı kimi onlara dəstək verir.


"Unibank"ın sosial siyasəti, cəmiyyət qarşısında məsuliyyətin yalnız maliyyə fəaliyyəti ilə məhdudlaşmadığını, həm də insani dəyərlərin qorunması və paylaşılması ilə ölçüldüyünü göstərir.


"Zəfər sadəcə tarixdə qalmır, o, hər gün xatirə, hörmət və minnətdarlıqla yaşadılır.


Bizim qəhrəmanlarımız və onların ailələri hər zaman "Unibank"ın diqqət mərkəzindədir. Bu dəstək həm borcumuz, həm də qürurumuzdur," - deyə "Unibank" İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib.


Bu Zəfər bizimdir, bu minnətdarlıq hamımızındır.


"Unibank" - Sənin bankın!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031