Azərbaycanda problemli kreditlərin məbləği artıb

Dünən, 11:11 74 dəfə baxılıb

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2026-cı il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artaraq, milli valyuta ekvivalentində 34155,1 milyon manat təşkil edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Ümumi kredit portfelinin 28353,9 milyon manatı və ya 83,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94,0 faizi banklar, 6,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 36,6 faiz artaraq 723,0 milyon manat olub və ümumi kredit portfelinin 2,1 faizini təşkil edib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930