Rusiyada seçkilər başladı

Bu gün, 09:40 93 dəfə baxılıb

 

Rusiyada Dövlət Dumasının IX çağırışına deputat seçkiləri üzrə üçgünlük səsvermə başlayıb.

Yenisirvanli.İnfo.Az “Kommersant”a istinadən xəbər verir ki, ilk seçki məntəqələri yerli vaxtla sentyabrın 18-də saat 08:00-da Kamçatka və Çukotkada açılıb. Bu, Moskva vaxtı ilə sentyabrın 17-si saat 23:00-a təsadüf edib.

Səsvermə sentyabrın 20-dək davam edəcək.

İlk seçki məntəqələrinin açılışına Rusiyanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova videobağlantı vasitəsilə qoşulub.

Rəsmi məlumata görə, Rusiyada 111 milyon 37 min 47 seçici qeydə alınıb. Ölkə xaricində səsvermə hüququna malik Rusiya vətəndaşlarının sayı isə 1 milyon 816 min 504 nəfərdir.

Azərbaycanda da seçki məntəqəsi fəaliyyət göstərəcək. Rusiyanın Bakıdakı səfirliyinin Konsulluq şöbəsində 8017 saylı seçki məntəqəsi yaradılıb. Burada Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan yetkin Rusiya vətəndaşları səs verə biləcəklər.

Rusiya Dövlət Dumasının IX çağırışına seçkilər ölkə daxilində 18, 19, 20 sentyabr tarixlərində keçiriləcək. Ümumilikdə 450 deputat seçiləcək: onların 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı dairələr üzrə müəyyənləşəcək.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930