Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

14-09-2026, 10:47 137 dəfə baxılıb

 

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub.

Yenisirvanli.İnfo.Az xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir.

Preparat yüksək riskli və ya yayılmış melanoma səbəbilə əməliyyat olunan xəstələr üzərində sınaqdan keçirilib. Araşdırmada 1100-dən çox pasiyent iştirak edib.

Şirkətlər xəstələrin xərçəngə qayıtmadan nə qədər yaşadıqlarını və ya xəstələrin ümumilikdə daha uzun yaşayıb-yaşamadıqlarını açıqlamayıblar.

Vaksinin əsas özəlliyi hər xəstə üçün fərdi hazırlanmasıdır. Preparat şişin genetik xüsusiyyətləri əsasında hazırlanır və mRNT texnologiyasından istifadə edir. Sınaqlarda vaksin pembrolizumab (Keytruda) preparatı ilə birlikdə tətbiq edilib.

Şirkətlər yaxın aylarda preparatın tənzimləyici qurumlar tərəfindən qiymətləndirilməsi ilə bağlı müzakirələrə başlamağı planlaşdırır.

Texnologiyanın digər xərçəng növlərində istifadəsi də araşdırılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930