"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Bu gün, 10:48 72 dəfə baxılıb

 

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb.

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bir neçə saatdır mobil tətbiqə giriş çətinləşib, kartlara göndərilən və ya onlayn kredit üzrə ayrılan vəsaitlər hesaba oturmur.

Müştərilərin əsas narazılığı isə bankın dəstək xidməti ilə bağlıdır. Belə ki, zənglərə, həmçinin "WhatsApp" və "Telegram" üzərindən yazılan müraciətlərə cavab verilmədiyi bildirilir. Pul köçürmələrinin gecikməsi səbəbindən bir çox vətəndaş yolda və ya ödəniş məntəqələrində çətin vəziyyətdə qaldıqlarını qeyd ediblər.

Xatırladaq ki, "Leobank" fiziki filialları olmayan rəqəmsal bank konsepti ilə fəaliyyət göstərdiyindən, istifadəçilər yalnız məsafədən dəstək xidmətinə müraciət edə bilirlər.
"Leobank" kütləvi şikayət atəşinə tutuldu


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930