Suraxanıda gecə aparılan tikinti sakinləri ayağa qaldırdı – Video

Dünən, 11:02 313 dəfə baxılıb

 

Bakının Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsində gecə saatlarında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Tribuna.az-a məlumat verən sakinlər bildiriblər ki, qanunsuz tikinti işləri “Ballı Market”ə yaxın ərazidə aparılır. Onların sözlərinə görə, kimliyi məlum olmayan şəxs obyektə əlavə artırma edir.

Sakinlər iddia edirlər ki, diqqət çəkməmək üçün tikinti işləri gecə saatlarında həyata keçirilir. Bu isə ərazidə yaşayanların narazılığına səbəb olur.

Onların sözlərinə görə, gecə yarısınadək davam edən işlər yaxınlıqda yaşayan sakinlərin istirahətini pozur.

Sakinlər qanunsuz tikinti işləri ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Onlar sual edirlər ki, İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu işlərə niyə göz yumur.

Hələlik sakinlərin müraciətinə cavab verilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul

Video Oynadıcı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930