Kirayə qaldığı evdə otaq yoldaşını kürəyindən bıçaqladı, 7 il həbs cəzası aldı
Ali Məhkəmədə xuliqanlı niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sadiq Əzizovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və cinayət işi yeni məhkəmə baxışı keçirilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərilib.
İttihama görə, Sadiq Əzizov 2024-cü il tarixdə saat 22 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən fərdi evdə olarkən otaq yoldaşı, zərərçəkmiş Maqsud İmranovla (adı, soyadı şərtidir) aralarında mübahisə yaranıb.
Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı davranış və münasibətindən narazı olduğunu bəhanə edib. Sonra o, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə hərəkət edib və mətbəxdən götürdüyü bıçaqla evin dəhlizində Maqsudun kürək nahiyəsinə bir dəfə zərbə vurub.
Nəticədə zərərçəkmiş şəxsə döş qəfəsinin arxa səthinin IV döş fəqərəsi istiqamətindən döş boşluğuna nüfuz edən, sağ tərəfli hemotoraksla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib.
Hadisədən sonra Sadiq Əzizov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə Sadiq Əzizovun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən edib. Hökmdən məhkum, onun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməyib. Daha sonra Sadiq Əzizov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: