Mirsaleh Seyidovun kadrları Sahib Rzayevi ÇƏTİN DURUMA SALA BİLƏR - İLGİNC İDDİALAR

Dünən, 10:27 10 002 dəfə baxılıb

 

Keçən günlərdə "DİA-AZ" olaraq məlumat verib bildirdik ki, Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasının rəisi Cəlil Əliyevlə bağlı araşdırma aparılacaq. Məlumatda deyilirdi ki, buna həmin təcridxanada saxlanılan məhkumun şikayəti səbəb olub.
Şikayətdə qeyd olunub ki, vətəndaş rəis müavinləri İlkin Şirinov və Rasim adlı şəxs tərəfindən rəis Cəlil Əliyevin xidməti otağının yerləşdiyi inzibati binanın qarşısına gətirilib. İddiaya görə, bu zaman Cəlil Əliyev onu pəncərədən söyərək təhqir edib. Daha sonra həyətə düşən C.Əliyev məhbusun ağzına və gözlərinə bibər qazı vurulmasını tapşırmaqla yanaşı, onun başının arxasına rezin dəyənəklə zərbə endirib. Hadisədən sonra məhbus üzqırxanın ülgüc hissəsi ilə özünə xəsarət yetirib. Şikayətlə əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət işinin başlanmasını rədd edilib. Şikayətçi bu qərarın ləğvi üçün məhkəməyə üz tutub. Xəzər Rayon Məhkəməsi iddianı təmin edərək prokuorluğun rədd qərarını ləğv edib və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə göndərib.
"DİA-AZ"ın əldə etdiyi yeni bilgilərdən belə aydın olur ki, Penitensiar Xidmətin keçmiş rəhbəri Mirsaleh Seyidovun kadrlarından olan Cəlil Əliyev ümumiyyətlə, məhbuslara qarşı aqressiv davranışları ilə diqqət çəkib. Mirsaleh Seyidov hər dəfəsində onu müdafiə etsə də, artıq müdafiəsiz qalan Cəlil Əliyevin vəziyyəti oldquca gərgindir.
Bu barədə "DİA-AZ"a danışan mənbə bildirir ki, 3 saylı istintaq təcridxanasında təkcə Cəlil Əliyev yox, onun digər işçiləri də həbs olunmalıdır: "Şüvəlanda hər şeyin öz qiyməti var. Açıq bazardır. Dustağa gələn puldan belə faiz alırlar. İlkin Şirinovun dayısı Nizami əvvəllər "Tubzon"un rəisi olub. Yənu bu adamlarda dustağa işgəncə vermək bir növ nəsildən nəsilə ötürülən vərdişdir..."
Mənbə deyir ki, dustaqlar Penitensiar Xidmətin yeni rəhbərliyinə çox üvidlidirlər: "Ümid olunur ki, Penitensiar sistem Mirsaleh Seyidovun kadrlarından birdəfəlik təmizlənəcək. Bunun üçün Cəlil Əliyevin həbsi ilk SİQNAL kimi də qəbul olunacaq. Yəni o quldur həbs olunmasa, yeni rəhbərlik də köhnənin yolunu getmiş kimi qəbul ediləcək..."

"DİA-AZ"ın sosial şəbəkə hesabındakı paylaşımında isə Aydın adlı oxucumuz maraqlı məqamlara toxunaraq bunları qeyd edir: "Nizami və Fikrət Qafarov bütün qohumlarını və öz kadrlarını doldurub Penitensiar sistemə... İllərdir ki, onların arxalarında Mirsaleh Seyidov dayanmışdı. Özü general olan kimi Fikirət Qafarovu gətirdi yerinə. Fikrətin kadrları Şüvəlanda, 10 saylıda, 13 saylıda, 2 saylıda, "Umbakı"da... Nizaminin kadrları isə əsasən "Tubzon"dadır. Sağ olsun cənab nazir Fərid müəllim... Gələn kimi "Tubzon"u təmizdədi... Anar Məmmədovu dərhal göndərdi "dincəlməyə". İndi də, inşallah... təzə general İlkini onun dalınca "istirahətə" göndərər... Ondan sonra da yəqin Vüsalı göndərər. Əks halda işləyə bilməyəcək... Çox işləməsi mümkün olmayacaq. Onların yaşayışını bu gün heç deputat da yaşamır.

Bütün türmələrdə rüşvətxorluq baş alıb gedir. Hec bir vətəndaşı qəbul eləmirlər. Görüşə baxan rüşvətxor o qədər harınlıyıb ki məhbus ailələrini təhqir edir. Acıq görüşləri istədikləri formada pul xatirinə verirlər. Rəislər və işgəncə müavinləri sanki, Fərid Əhmədovu, yeni təyin olunmuş Sahib Rzayevi məhbus ailələri ilə məqsədli şəkildə üz-üzə qoyurlar ki, ara qarışsın...

Belə ki, ərzaq, yemək, pul buraxılmır. Deyirlər göstəriş var. Bu dəllallar insanları görüşə buraxmırlar. Gah 5-ci gün, gah da digər günlər bəhanə eləyib qaytarırlar. Köhnə tör-töküntülər nə vaxt işdən azad olunacaqlar? Yoxsa Misaleh Seyidovun kadrları Sahib Rzayevə qarşı ÜYSNAI belə körükləməyə davam edəcəklər?"

Məsələ diqqətimizdədir...



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30