ABŞ Rusiya, Ukrayna və Avropa ilə danışıqlar aparıb

Dünən, 10:05 141 dəfə baxılıb

 

Vaşinqton müharibənin başa çatdırılması və müharibədən sonrakı təhlükəsizlik mexanizmlərinin yaradılması üzrə müzakirələri davam etdirir, növbəti çoxtərəfli görüşə hazırlıq başlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, Stiv Uitkoffla birlikdə bu gün səhər Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı aparıblar.

Tərəflər sülh prosesində əldə olunan irəliləyişi və növbəti addımları müzakirə ediblər.

Kuşner bildirib ki, ABŞ nümayəndələri Ukrayna və Avropa ölkələrinin təmsilçiləri ilə də ayrıca məhsuldar telefon danışığı keçiriblər. Müzakirələrdə Almaniya, Fransa, Böyük Britaniya, Polşa və İtaliyanın milli təhlükəsizlik üzrə müşavirləri, eləcə də Avropa İttifaqı və NATO nümayəndələri iştirak ediblər.

Onun sözlərinə görə, tərəflər son dörd ildə böyük ölçüdə mövcud olmayan Avropa ilə Rusiya arasında birbaşa təmasların təşviq edilməsi məsələsini müzakirə ediblər. Kuşner vurğulayıb ki, daha sabit və təhlükəsiz Avropa gələcəyinin qurulması üçün hər iki tərəfin bir-birinin narahatlıqlarını və təkliflərini birbaşa dinləməsi vacibdir.

ABŞ nümayəndəsi yaxın gələcəkdə keçirilməsi planlaşdırılan növbəti çoxtərəfli görüşün gündəliyinin hazırlanmasına da başlanıldığını bildirib. Müzakirələrin əsas mövzusu müharibəyə son qoymaq və gələcəkdə yeni müharibələrin baş vermə ehtimalını azaldacaq müharibədən sonrakı təhlükəsizlik mexanizmlərini yaratmaq olub.

Kuşner NATO-nun Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacağını qeyd edib. Onun sözlərinə görə, məqsəd mövcud Avropa institutlarına və razılaşmalarına əsaslanmaqla təhlükəsizlik öhdəliklərini, kommunikasiya kanallarını, şəffaflığı və gərginliyin azaldılması mexanizmlərini gücləndirməkdir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi bildirib ki, bir il əvvəl Stiv Uitkoffla bu işə başlayarkən Ukrayna üçün uğurlu nəticəni suveren, təhlükəsiz və firavan, öz gələcəyini sərbəst müəyyən edə bilən dövlət kimi təsəvvür ediblər.

Kuşnerin sözlərinə görə, son bir ildə Ukrayna və Avropa tərəfdaşları ilə sıx əməkdaşlıq nəticəsində bu məqsədə doğru əhəmiyyətli irəliləyiş əldə olunub. O, görülən işlərin üç əsas istiqamət üzərində qurulduğunu bildirib:

  1. Ukraynanı gələcək təcavüzlərdən qorumaq üçün etibarlı və möhkəm təhlükəsizlik təminatlarının hazırlanması.

  2. Ukraynanın Avropadakı uzunmüddətli gələcəyini möhkəmləndirəcək Avropa İttifaqına üzvlük yolunun təmin edilməsi.

  3. Avropa tərəfdaşları, Dünya Bankı və digər təşkilatlarla birgə hazırlanmış, maliyyə sabitliyini, bərpanı, investisiyaları və uzunmüddətli iqtisadi artımı dəstəkləyəcək hərtərəfli müharibədən sonrakı inkişaf planının hazırlanması.

Kuşner yekun sülh sazişinin həm Rusiya, həm də Ukrayna tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb. O bildirib ki, ictimai müzakirələrdə əsas diqqət tərəflər arasındakı fikir ayrılıqlarına yönəlsə də, qapalı müzakirələr zamanı müsbət və konstruktiv ideyalar ortaya çıxır.

“Bu fikir mübadiləsi mümkün həll yollarını araşdırmağa və qalan fikir ayrılıqlarını azaltmağa kömək edir”, – deyə Kuşner qeyd edib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30