Tanınmış jurnalist VƏFAT ETDİ - FOTO
Naxçıvan mətbuatının tanınmış nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, uzun illər “Şərq qapısı” qəzetində müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışmış Muxtar Məmməd oğlu Məmmədov vəfat edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, 1959-cu ildə Ordubad rayonunun Aza kəndində anadan olan Muxtar Məmmədov ömrünün 20 ildən çoxunu jurnalistika sahəsinə həsr edib. O, uzun illər “Şərq qapısı” qəzetində çalışaraq Naxçıvan mətbuatının inkişafına öz töhfəsini verib. Jurnalist fəaliyyəti ilə yanaşı, bədii-publisistik yaradıcılıqla da məşğul olan Muxtar Məmmədov “İllər sizdə nəyim qaldı”, “Mənim Naxçıvan dünyam”, “Bir payız da gəldi ömrümə” kitablarının, eləcə də yüzlərlə publisistik məqalənin müəllifidir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: