BDU REKTORU VƏZİFƏDƏN ÇIXARILDI, MƏLEYKƏ ABBASZADƏ REKTOR TƏYİN OLUNDU - SƏRƏNCAM
Prezident İlham Əliyev bu gün Sərəncam imzalayıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, sərəncama əsasən, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
İlham Əliyev həmçinin Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: