Sumqayıtda həkim dünyasını dəyişdi: 48 yaşlı Şahin Əliyev vəfat etdi

Dünən, 10:32 37 dəfə baxılıb

 

Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məlumat Sumqayıt Tibb Mərkəzi tərəfindən təsdiqlənib.

Mərhum həkim 1978-ci ildə Sumqayıtda dünyaya göz açıb. O, 1995–2001-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil aldıqdan sonra, 2001–2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib.

Şahin Əliyev uzun illər – 2002-ci ildən 2022-ci ilə qədər Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi kimi fəaliyyət göstərib. 2022-ci ilin yanvar ayından etibarən isə karyerasını 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi davam etdirirdi.

Həkimin müalicə aldığı tibb müəssisəsində vəfat etdiyi bildirilir.

Sumqayıtda 48 yaşlı həkim vəfat etdi - Foto - foto 1
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30