Mərdəkanda yataqxanada yanğın olub

Bu gün, 10:13 63 dəfə baxılıb

 

Mərdəkanda yataqxanada yanğın olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840kv.m. olan ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420kv.m. sahədə, bir otağın yanar konstruksiyaları 65kv.m., digəri isə 10kv.m. sahədə və binanın dəhlizi 6kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30