Çingiz Mustafayev, Nizami Orucov və DJ Mansur Bakını tərk etdilər – SƏBƏB

17-11-2026, 10:40 708 dəfə baxılıb

 

Tanınmış müğənni Çingiz Mustafayev, psixoloq Nizami Orucov və DJ Mansur Bakıdan köçüblər.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə tanınmış aparıcı İdris Cəfərov məlumat verib.
Onun sözlərinə görə, hər üç şəxs paytaxtın gərgin həyat tempindən uzaqlaşaraq daha sakit mühitdə yaşamağa üstünlük verib.
İdris Cəfərov bildirib ki, Çingiz Mustafayev Şabran rayonuna, DJ Mansur isə İsmayıllıya köçüb.
Nizami Orucovun hansı rayonda məskunlaşdığı barədə isə məlumat verilməyib.
Qeyd edək ki, Çingiz Mustafayev Azərbaycanın tanınmış müğənni və bəstəkarıdır. O, 2008-ci ildə “Yeni ulduz” müsabiqəsinin qalibi olub, 2019-cu ildə isə Azərbaycanı İsraildə keçirilən “Eurovision” mahnı müsabiqəsində “Truth” mahnısı ilə təmsil edərək səkkizinci yeri tutub. Özünəməxsus ifa tərzi ilə tanınan musiqiçi flamenko, pop və milli musiqi elementlərini birləşdirən yaradıcılığı ilə seçilir.
Nizami Orucov sosial şəbəkələrdə geniş tanınan psixoloqdur. Ağstafa rayonunda anadan olan Orucov Rusiyada psixologiya üzrə təhsil aldığını, Fövqəladə Hallar Nazirliyində psixoloq işlədiyini və sonradan “Can” Psixologiya Mərkəzini yaratdığını bildirib. O, xüsusilə sosial şəbəkələrdə psixoloji mövzuları yumoristik və sadə üslubda təqdim etməsi ilə məşhurlaşıb.
DJ Mansur isə Bakının musiqi və əyləncə mühitində tanınan diceylərdəndir. O, müxtəlif musiqi tədbirlərində, o cümlədən vinil musiqi gecələrində çıxışları ilə tanınıb.
Tanınmış şəxslərin paytaxtın səs-küyündən və gündəlik gərginliyindən uzaqlaşaraq bölgələrdə yaşamağa üstünlük verməsi Bakı ilə regionlar arasında həyat şəraiti və yaşayış rahatlığı məsələsini də gündəmə gətirir.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30