Qatı Heydərçi Qurbanxan Dəmiov general-leytenant Şahmar Paşayevi Ad Günü münasibətilə təbrik etdi
YeniSirvanli.Info.Az saytının baş redaktoru Qurbanxan Dəmirov Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarında uzun illər şərəflə xidmət etmiş, Fövqəladə Hallar Nazirliyinin ehtiyatda olan general-leytenantı Şahmar Ənvər oğlu Paşayevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib.
Qurbanxan Dəmirov general-leytenant Şahmar Paşayevə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və həyatının bundan sonrakı mərhələsində bol sevinc arzulayır.
Qeyd edək ki, Şahmar Paşayev uzun illər Azərbaycanın daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə çalışaraq dövlətə və xalqa xidmət edib. O, Naxçıvan Şəhər Polis İdarəsinin rəisi və rəis müavini, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, həmçinin Yasamal, Şirvan, Salyan və Şamaxı rayonlarının polis rəisi vəzifələrində fəaliyyət göstərib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsində çalışan Şahmar Paşayev bu məsul vəzifədə də öz təcrübəsi və peşəkarlığı ilə xidmət edib. 2023-cü ilin yanvar ayında yaş həddi ilə əlaqədar pensiyaya göndərilib.
General-leytenant Şahmar Paşayevin uzun illər ərzində dövlət qulluğunda göstərdiyi xidmət, qazandığı zəngin təcrübə və keçdiyi şərəfli həyat yolu hər zaman hörmətlə xatırlanır.
Bir daha hörmətli Şahmar müəllimi doğum günü münasibətilə təbrik edir, ona sağlam, mənalı və xoşbəxt ömür, doğmalarının əhatəsində gözəl günlər arzulayırıq!
YeniSirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: