Əli Nağıyev Bakıda Gürcüstan DTX rəisi ilə görüşdə: "Azərbaycan-Gürcüstan əlaqələri..."

Bu gün, 10:28 233 dəfə baxılıb

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycanda səfərdə olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, general-polkovnik Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını, həmçinin ölkələrin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.

Tamaz Boraşvili öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra görüş iştirakçıları mövcud strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran aktual məsələlər, regionda cərəyan edən son proseslər və müasir təhlükəsizlik çağırışları ətrafında geniş fikir mübadiləsi aparıblar.



 
Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30