Yatmazdan əvvəl stressi azaldan 5 içki – Maqneziuma alternativ
Gərgin və yorucu günün ardından rahatlaşmaq, daxili narahatlığı azaltmaq və daha asan yuxuya getmək üçün mütləq maqnezium qəbul etmək lazım deyil.
Mütəxəssislər axşam saatlarında gündəlik rejimə daxil edilə biləcək beş içkini açıqlayıblar.
1. Çobanyastığı çayı
Çobanyastığı sakitləşdirici xüsusiyyətləri ilə tanınır. Onun tərkibindəki apigenin adlı antioksidant beyindəki müəyyən reseptorlarla qarşılıqlı təsir göstərərək rahatlamağa kömək edir. Dietoloq Karolina Şnayder bu çayın gərginliyin azalmasına müsbət təsir göstərə biləcəyini bildirir.
2. Yaşıl çay
Yaşıl çay, xüsusilə matça, L-teanin adlı amin turşusu ilə zəngindir. Bu maddə yuxululuq yaratmadan rahatlama hissini dəstəkləyə bilər. L-teaninin beyində sakit oyaqlıq vəziyyəti ilə əlaqəli alfa dalğalarını gücləndirdiyi və stressin təsirini azaltmağa kömək etdiyi qeyd olunur.
3. İsti şokolad
Kakaonun tərkibində serotonin və melatoninin istehsalında iştirak edən triptofan amin turşusu var. Bundan əlavə, isti içki qəbul etmək insanda psixoloji rahatlıq və istilik hissi yarada bilər. Bu səbəbdən şəkər miqdarı az olan isti kakao axşam saatlarında uyğun seçim hesab olunur.
4. Turş albalı şirəsi
Turş albalı şirəsinin tərkibində melatonin, triptofan və prosyanidin B-2 kimi maddələr mövcuddur. Bu komponentlər oksidləşdirici stressin azalmasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.
5. İlıq süd
İlıq süd yatmazdan əvvəl rahatlaşmaq üçün ənənəvi vasitələrdən biridir. Onun tərkibində triptofan, melatonin, laktoza, B qrupu vitaminləri və maqnezium var. Bir fincan ilıq süd axşam saatlarında rahatlıq hissi yaradaraq yuxuya hazırlıq prosesinə dəstək ola bilər.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: