Yatmazdan əvvəl ayaqlarınıza bunu vurun - Uşaq kimi yuxuya gedəcəksiniz

9-05-2025, 11:13 111 dəfə baxılıb

 

Stres, iş təzyiqi və günümüzün sürətli ritmi bir çox insanda yuxu problemlərinə səbəb olur. Mütəxəssislər isə bildirirlər ki, keyfiyyətli və kəsintisiz yuxu yalnız zehni deyil, fiziki sağlamlıq üçün də vacibdir. İndi isə sosial şəbəkələrdə və təbii sağlamlıq icmalarında sürətlə yayılan yeni bir üsul diqqət çəkir. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, yatağa girməzdən əvvəl ayaqlara efir yağlarından hazırlanan sprey tətbiq etmək bədəni sakitləşdirir, sinir sistemini rahatlaşdırır və dərin yuxuya getməyi asanlaşdırır. İddialara əsasən, səhər oyanan zaman insanlar özlərini "yenidən doğulmuş" kimi hiss edirlər.

Spreyin tərkibi belədir:

10 damcı lavanda efir yağı
10 damcı çobanyastığı efir yağı

Qeyd edək ki, çoxlarının istifadə etdiyi alman çobanyastığı daha çox iltihabəleyhinə, Roma çobanyastığı isə sakitləşdirici təsirə malikdir.

100 qram maqnezium yağı

Maqnezium yağı əslində texniki baxımdan yağ deyil, lakin bədən üçün çox vacib mineraldır.

Tətbiq qaydası:

Bütün yağlar şüşə qabda qarışdırılır və sprey başlıqlı butulkaya tökülür. Yatmazdan təxminən 10 dəqiqə əvvəl ayaqların altına sprey edilir və yüngül masajla yayılır. Ardınca corab geyinmək və ya belə yatmaq tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, ayaq altındakı kapilyar damarlar vasitəsilə bu qarışım bədənə daha tez təsir edir. Ayaqdan keçən sinir ucları birbaşa orqanlara bağlı olduğu üçün bu üsulun effektivliyi yüksək ola bilər.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu kimi üsullar fərdi təsir göstərə bilər və ciddi yuxu problemləri olan şəxslər əvvəlcə həkimlə məsləhətləşməlidir./milli.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031