Ukrayna ilə bağlı danışıqlarda Avropa hansı formatda iştirak edəcək?
Avropa İttifaqı Ukrayna və Rusiya arasında mümkün sülh danışıqlarına yaxından cəlb olunacaq. Bu prosesin E5 + Aİ formatında aparılması nəzərdə tutulur.
O, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb ilə telefon danışığından sonra məlumat verib. Fon der Lyayenin sözlərinə görə, Avropa sülh danışıqlarında yaxından iştirak edəcək və Kiyevə maksimum dəstək göstərməklə yanaşı, Rusiyaya qarşı təzyiqləri də artıracaq.
Qeyd edək ki, E5 formatına Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa daxildir. Bu ölkələr Avropa İttifaqı ilə birlikdə Ukrayna məsələsi üzrə danışıqlarda iştirak edəcəklər.
Fon der Lyayen Finlandiyanın müharibənin dayandırılması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. O, Stubb ilə söhbət zamanı Avropa İttifaqının genişlənməsi məsələsini də müzakirə etdiklərini bildirib.
Avropa Komissiyasının rəhbəri hesab edir ki, daha böyük və güclü Avropa İttifaqı qitənin rifahını və müstəqilliyini möhkəmləndirəcək.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: