"AZƏRİQAZ"ın DAHA BİR İDARƏSİ TAMAMİLƏ LƏĞV OLUNUR - Yanvarın 1-dən...

17-11-2026, 09:10 85 dəfə baxılıb

 

Son bir ildə “Azəriqaz” İstehsalat Birliyində optimalaşdırma adı altında aşağı təbəqədə aparılan kütləvi ixtiisar və qurumların ləğvi prosesi davam edir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Mia.az-a qurumdan daxil olan məlumata görə, "Azəriqaz” İstehsalat Birliyinin "yarımcan" edilən Təmir-Tikinti İdarəsi yanvar ayından etibarən tamamilə ləğv olunacaq.

Məlumatda deyilir k, indiyədək ölkə üzrə qaz-paylayıcı infrastrukturun qurulması, qaz xətlərinin çəkilməsi, təmiri və yenidənqurulması işlərini həyata keçirən struktur bölmənin ləğvi prosesi yanvarın 1-dək yekunlaşacaq: "Məlumat üçün qeyd edək ki, idarənin artıq səlahiyyətləri məhdudlaşdırılmışdı, işçilərin çoxu kompensiyasiya verilməklə yola salınmışdı. Ancaq təhvil-təslim və ləğvetmə prosesi hələ davam etdiyindən kağız üzərində idarə qalır. Buna isə  2027-ci ilin yanvar ayının 1-də nöqtə qoyulacaq".



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30