3-cü dəfə “Eurovision”a qatılır

24-01-2026, 10:38 307 dəfə baxılıb

 

Məşhur norveçli skripkaçı və müğənni Aleksandr Rıbak ölkəsini yenidən “Eurovision” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşır. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb. 


Bildirilib ki, o, Norveçin milli seçim yarışı olan “Melodi Grand Prix 2026”da iştirak edəcək. Belarus əsilli ifaçı fevralın 28-də baş tutacaq milli seçimlərə “Rise” adlı yeni mahnı ilə qatılacaq. “Melodi Grand Prix 2026”nın qalibi Norveçi “Eurovision 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ əldə edəcək. 


Xatırladaq ki, Aleksandr Rıbak iki dəfə Norveçi bu beynəlxalq mahnı müsabiqəsində təmsil edib. “Eurovision 2009”da “Fairytale” mahnısını ifa edən müğənni 387 xalla yarışın qalibi olub. O, ikinci dəfə 2018-ci ildə “That's How You Write a Song” treki ilə müsabiqəyə qatılsa da, bu dəfə əvvəlki uğurunu təkrarlaya bilməyib və finalda 15-ci yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031