Yanacaq doldurma məntəqəsinin işçisini döyən müştəri ilə bağlı QƏRAR

16-04-2025, 11:17 48 dəfə baxılıb

 

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Elşad Mustafayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə 4 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, 49-cu məhəllə, dəmiryolu vağzalının yanında yerləşən "Aİ 97” yanacaq doldurma məntəqəsində qeydə alınıb. Belə ki, Elşad Mustafayev tanışı M.M. (ad, soyadı şərtidir) ilə sonuncuya məxsus "VAZ-21015” markalı avtomaşınla sözügedən yanacaq doldurma məntəqəsinə gedib. Onlar yanacaq doldurarkən orada operator işləyən zərərçəkmiş Maqsud Bəşirov (ad, soyadı şərtidir) yanacağı doldurub qurtardıqdan sonra yanacaq çəninin qapağını açıq vəziyyətdə qoyub. Buna görə Elşadla zərərçəkmiş arasında mübahisə yaranıb. Bu zaman Maqsud onu nalayiq sözlərlə təhqir edib.  Elşad həmin gün saat 21:00 radələrində qeyd olunan yanacaq doldurma məntəqəsinə tək gəlib. O, zərərçəkmiş şəxsə bir neçə saat əvvəl aralarında baş vermiş mübahisə zamanı onun ünvanına deyilmiş nalayiq ifadəni bəhanə gətirərək, taxta parçası ilə Maqsudun bədən nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq. Nəticədə Elşad zərərçəkmiş şəxsin sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq edib. Hadisədən sonra Elşad Mustafayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.  Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay 28 gün azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlayıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031