Nazirlərlə bağlı maraqlı MƏLUMAT yayıldı - Bu günə qədər bilinmirdi
Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Minlərlə şagird səhər tezdən məktəb yolunu tutub. Valideynlər övladlarını məktəbə yola salıb, müəllimlər isə yeni dərs ilinin ilk gününün həyəcanını yaşayıb. Bəs bu gün ölkənin müxtəlif sahələrinə rəhbərlik edən nazirlər məktəb illərində necə şagird olublar?
Yenisirvanli.İnfo.Az metbuat.az-a istinadən xəbər verir ki, bu gün yüksək vəzifələrdə çalışan məmurlar da illər əvvəl məktəb partasında oturub, dərsə hazırlaşıb, imtahan həyəcanı yaşayıblar. Onların məktəb illəri ilə bağlı yayılan məlumatlar arasında maraqlı məqamlar var.
Emin Əmrullayev - dəqiq elmlərə marağı ilə seçilib
Elm və təhsil naziri Emin Əmrullayevin məktəb illəri ilə bağlı maraqlı məlumatlar var. O, 1996-1999-cu illərdə Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.

Fotoda: elm və təhsil naziri Emin Əmrullayev
Nazir həmin illəri həyatının ən xoş dövrlərindən biri kimi xatırlayır. Əmrullayevin məktəb illərində xüsusilə riyaziyyat və fizikaya maraq göstərdiyi məlumdur.
Bu maraq onun sonrakı təhsil və peşə fəaliyyətində də özünü göstərib. Vaxtilə riyaziyyat və fizika ilə maraqlanan həmin şagird bu gün Azərbaycanın təhsil sisteminə rəhbərlik edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: