Ukraynada kütləvi antikorrupsiya auditinə başlanılır

Dünən, 11:20 137 dəfə baxılıb

 

Ukrayna Prezidenti Vladimir Zelenski mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifəli şəxslərin genişmiqyaslı auditdən keçirilməsi barədə göstəriş verib. Yoxlamaların, ilk növbədə, vergi xidməti və korrupsiya risklərinin yüksək olduğu digər dövlət qurumlarını əhatə edəcəyi bildirilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, V. Zelenski saxta çağrı mərkəzlərinin əməkdaşları üçün ağır cinayət məsuliyyəti nəzərdə tutan qanunu da imzalayıb. Yeni qanunvericiliyə əsasən, bu növ qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Sərt qərarlar Ukraynanın keçmiş Baş prokuroru Ruslan Kravçenko ətrafında yaranmış korrupsiya qalmaqalı fonunda qəbul edilib.

Məlumata görə, hüquq-mühafizə orqanları R. Kravçenkonun evində axtarış aparıblar. Sentyabrın 7-də istefa verdiyini bəyan edən keçmiş Baş prokurorun tutduğu vəzifədən azad edilməsi sentyabrın 15-də Ali Rada tərəfindən rəsmən təsdiqlənib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930