Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

15-09-2026, 11:05 65 dəfə baxılıb

 

Xəzər TV yeni mövsümə start verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan “Xəbər ertəsi”, “Qonaqcanlı”, “Evdəkilərə salam”, “Xəzər axşamı” və “Təsir dairəsi” proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb. Belə ki, aparıcılar Lalə Azərtaş, Aytən Səfərova, Aytəkin Mərdanova və Mətanət Əliverdiyeva yeni mövsümdə də kanalda fəaliyyətini davam etdirir.

Diqqətçəkən məqam isə aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə kanalda olub-olmayacağının hələlik açıqlanmamasıdır. Onunla bağlı heç bir anons efirə getməyib.

Qeyd edək ki, Vüsalə ötən mövsüm aparıcısı olduğu “İncə səhər” proqramından ayrıldığını açıqlamışdı. O, səhhəti ilə əlaqədar səhər verilişi aparmaq istəmədiyini bildirmişdi.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930