Ukrayna torpaqları Rusiyadan sonra indi də ABŞ-nin işğalına məruz qalır?

28-02-2025, 18:37 110 dəfə baxılıb

 

 

Ukraynanın xarici işlər naziri Denis Şmıqal ABŞ ilə mineral sazişinin imzalanacağını təsdiqləyib...

Siyasi-şərhçi: “Çox təəssüfki, Ukrayna Rusiyadan qurtulmaq üçün çıxdığı bu savaşda başqa bir qlobal gücün kuklasına çevrilməkdədir”.

“Ukrayna yeraltı sərvətlərdən əldə edəcəyi gəlirin 50%-ni fonda köçürəcək və bu fond ABŞ ilə birgə idarə olunacaq. Bu isə Ukraynanın iqtisadi müstəqilliyini sual altına qoyur”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ukraynanın ABŞ ilə mineral sazişini imzalanacağını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Denis Şmıqal ABŞ ilə mineral sazişinin imzalanacağını təsdiqləyib. Nazir Ukrayna və ABŞ-ın hər iki hökumətin mülkiyyətində olacaq və birlikdə idarə ediləcək Yenidənqurma İnvestisiya Fondu yaradacağını açıqlayıb. Şmıqal ölkəsinin yeraltı və təbii sərvətlərinin ABŞ, yaxud digər bir ölkəyə deyil, elə Ukraynaya məxsus olaraq qaldığını bildirib.

Onun sözlərinə görə, Kiyev təbii yataqlardan əldə ediləcək gəlirlərin 50 faizini fonda köçürəcək, bu vəsait isə Ukraynanın bərpasına yönəldiləcək. Nazirin açıqlamalarına rəğmən bu məsələ Kiyevin Vaşinqtonun tələbini qəbul etməsi və ölkənin mineral ehtiyatlarının təhvili kimi dəyərləndirilir.

Kiyevin 10 ildir uğrunda mübarizə apardığı Ukrayna torpaqlarını indi də ABŞ işğal edir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ukraynanın müharibədən sonrakı bərpası üçün bu fondun vacib olduğu iddia olunsa da, onun necə idarə ediləcəyi, gəlirlərin necə bölüşdürüləcəyi və xarici şirkətlərin bu prosesdə nə dərəcədə iştirak edəcəyi açıq sual olaraq qalır”.

Praktiki olaraq, bu sazişin Ukraynanın müstəqilliyini qorumaq üçün apardığı mübarizənin ironik nəticəsi olduğunu düşünən eksper Poliqon-a bildirib ki, Kiyev Moskvanın təsirindən çıxmağa çalışarkən, Vaşinqtonun iqtisadi və siyasi təsir dairəsinə daxil olur:

“Çox təəssüfki, Ukrayna Rusiyadan qurtulmaq üçün çıxdığı bu savaşda başqa bir qlobal gücün kuklasına çevrilməkdədir. ABŞ ilə imzalanacaq mineral sazişi rəsmi şəkildə Ukraynanın yenidənqurmasına dəstək vermək məqsədi daşısa da, əslində, ölkənin təbii sərvətləri üzərində nəzarəti xarici güclərlə bölüşdürməsi deməkdir. Ukrayna yeraltı sərvətlərdən əldə edəcəyi gəlirin 50%-ni fonda köçürəcək və bu fond ABŞ ilə birgə idarə olunacaq. Bu isə Ukraynanın iqtisadi müstəqilliyini sual altına qoyur.

Saziş eyni zamanda uzunmüddətli perspektivdə Ukraynanın öz təbii sərvətləri üzərində tam nəzarətini itirməsinə səbəb ola bilər. ABŞ-ın belə bir fond üzərində nəzarətinin olması Vaşinqtonun Ukraynanın iqtisadi siyasətinə daha çox təsir imkanları əldə etməsi deməkdir.

Kamran Məmmədli: “Əgər Ukrayna gələcəkdə öz maraqlarını qoruyacaq hüquqi və iqtisadi mexanizmləri formalaşdıra bilməsə, bu, onun sadəcə başqa bir qlobal gücün iqtisadi nəzarətinə keçməsi ilə nəticələnə bilər”.

Bundan əlavə, Ukraynanın müharibədən sonrakı bərpası üçün bu fondun vacib olduğu iddia olunsa da, onun necə idarə ediləcəyi, gəlirlərin necə bölüşdürüləcəyi və xarici şirkətlərin bu prosesdə nə dərəcədə iştirak edəcəyi açıq sual olaraq qalır. Əgər bu saziş Ukraynanın öz milli maraqlarına uyğun tənzimlənməsə, gələcəkdə ölkənin xarici investorlardan və beynəlxalq maliyyə institutlarından asılılığı artacaq. Bu isə Ukraynanın siyasi suverenliyinə də təsir göstərə bilər.

Praktiki olaraq, bu saziş Ukraynanın müstəqilliyini qorumaq üçün apardığı mübarizənin ironik nəticəsidir. Kiyev Moskvanın təsirindən çıxmağa çalışarkən, Vaşinqtonun iqtisadi və siyasi təsir dairəsinə daxil olur. Əgər Ukrayna gələcəkdə öz maraqlarını qoruyacaq hüquqi və iqtisadi mexanizmləri formalaşdıra bilməsə, bu, onun sadəcə başqa bir qlobal gücün iqtisadi nəzarətinə keçməsi ilə nəticələnə bilər”.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930