Anar Ələkbərov şəhid anaları ilə görüşüb

Bu gün, 10:27 235 dəfə baxılıb

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Anar Ələkbərovun sosial şəbəkə hesabında paylaşım edib.

“Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”, - paylaşımda deyilir.

Bundan başqa, Anar Ələkbərov Astara rayonunda Milli Qəhrəman Pəncəli Teymurovun ailəsində olub, anası və digər ailə üzvləri ilə görüşüb. O, həmçinin, Pəncəli Teymurovun qardaşı oğlunun toy məclisində iştirak edib.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930