Bu gün güləş və karate yarışlarına start veriləcək - MDB Oyunları

3-10-2025, 08:16 85 dəfə baxılıb

 

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları təşkil olunacaq.


Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate yarışlarına start veriləcək.


Gəncədə Azərbaycan və Özbəkistan voleybol milliləri, Qəbələdə Özbəkistan və Qırğızıstanın futbol yığmaları üz-üzə gələcək.


Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031