III MDB Oyunları: Bu gün yeddi idman növü üzrə yarışlar baş tutacaq

30-09-2025, 08:22 79 dəfə baxılıb

 

III MDB Oyunlarında bu gün yeddi idman növü üzrə yarışlar baş tutacaq.


Yenisirvanli.info.az  "Report"a istinadən xəbər verir ki, Gəncə şəhərinin İdman Sarayında üzgüçülük yarışları davam edəcək.


III MDB Oyunlarının paytaxtı seçilən şəhərdə, həmçinin, voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək.


Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılaşacaq.


Bundan başqa, Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.


Həmin şəhərdə badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.


Yevlaxda boks üzrə mübarizələrdə təsnifat mərhələsinin qarşılaşmaları gerçəkləşəcək.


Mingəçevirdə isə taekvondo yarışında növbəti qaliblərin adları müəyyənləşəcək.


Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031