Azərbaycan üzgüçüsü III MDB Oyunlarında gümüş medal qazandı

29-09-2025, 09:20 70 dəfə baxılıb

 

Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.


Yenisirvanli.info.az "Report"a istinadən xəbər verir ki, idmançı gümüş mükafata sahib çıxıb.


O, 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış edib. Rusiyalı Maksim Starovoitov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medala sahib çıxıb.


08:11


III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar baş tutacaq.


Yenisirvanli.info.az "Report"a istinadən xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis yarışlarının həlledici görüşləri keçiriləcək.


Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti yarışlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.


Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.


Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Həmçinin eyni məkanda voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Belarus və Qırğızıstan yığmaları qarşılaşacaq.


Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışların qalibləri müəyyənləşəcək.


Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışlarına start veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031