III MDB Oyunları: Üzgüçülük, atıcılıq və çövkən yarışları start götürür
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis yarışları davam edəcək. Qoşa və qarışıq-qoşa növləri üzrə 1/4 final, yarımfinal və final matçları baş tutacaq..
Yenisirvanli.info.az xəbər verir ki, Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə mübarizə baş tutacaq.
Şəki şəhər stadionunda isə çövkən oyunlarına start veriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla üz-üzə gələcək. B qrupunda Özbəkistanla Qazaxıstan qarşılaşacaqlar.
Gəncə İdman Sarayında üzgüçülüyün bir neçə növü üzrə final görüşləri keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: