Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək

26-09-2025, 08:18 114 dəfə baxılıb

 

Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün ilk yarışa start veriləcək.


Yenisirvanli.info.az "Report"a istinadən xəbər verir ki, bu gün Qəbələdə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar.


Stolüstü tennis yarışı Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək.


Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.


Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.


III MDB Oyunları Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031