Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi oldu

12-09-2025, 16:29 87 dəfə baxılıb

 

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi nəticələrə görə ölkələr arasında birinci olub.


Yenisirvanli.info.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin iştirakı ilə təşkil olunan yarışlarda sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı mübarizə aparıb.



Ölkəmiz 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb.



Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci, cüdo və şahmatda isə üçüncü yer əldə olunub.


Beləliklə, Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq Universiadanın qalibi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031