Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır

12-04-2025, 13:40 3 dəfə baxılıb

 

Azərbaycanın daha beş yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

Digər dörd yunan-Roma güləşçisi isə medal görüşündə qüvvəsini sınayacaq. Eldəniz Əzizli (55 kq) finalda Emin Seferşayevlə (UWW), Murad Məmmədov (63 kq) bürünc medal uğrunda Tino Ojala (Finlandiya) – Vitali Yeriomenko (Ukrayna) cütünün qalibi ilə, İslam Abbasov (87 kq) isə Karen Xaçatryan (Ermənistan) – Yaroslav Filçakov (Ukrayna) duelinin güclüsü ilə üz-üzə gələcək. Beka Kandelaki (130 kq) təsəlliverici qarşılaşmada David Ovasapyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Qitə birinciliyi aprelin 13-də başa çatacaq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930