Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək - MDB Oyunları

2-10-2025, 08:36 94 dəfə baxılıb

 

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan - Küveyt, Qazaxıstan - Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya - Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.


Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.


Yevlaxda boks, Xankəndidə isə oxatma yarışları təşkil olunacaq.


Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031