Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...

Bu gün, 10:25 208 dəfə baxılıb

  

...Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında nələr baş verir?
"...Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının yeni direkotoru Leylan Nəsrirova ilə bağlı qalmaqallı məlumatlar gəlməkdədir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında ictimai fəal Elçin Əliyev qeyd edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, O daha sonra fikrini belə davam etdirir: "Xəsətəxanadan daxil olan məlumatda bildirilir ki, yeni direktor yerini isidər-isitməz pul yığdırmağa başalayıb. Ancaq hələ ki cibinə yox. Məlumatlı mənbənin iddiasına görə xanım direktor bir neçə gün öncə Acil şöbəsinə gəlib və şöbədəki vəziyyətlə bağlı narazılığını ifadə edib və təmirin aparılmasının vacibliyini diqqətə çatdırıb.Hətta özünün elə aparıb ki, sanki Beyləqandan yox, Almaniyadakı dünyaca məhşur xəstəxanaların birindən gəlib. Sonra isə şöbə müdirlərinin iclasında Bəsti həkimə deyib ki, get, Acil şöbəsində təmir etdir. Təzə direktora etiraz etməkdən çəkinən şöbə müdiri üz tutub şəhərdəki “Həsənoğlu” inşaata. Oradan nisyə materiallar aldırıb və gətirib tökdürüb şöbəyə ki, cari təmirə başlasınlar (ədalət naminə deyək ki, ustaya pul verməyəcəklər. Çünki işi xəstəxananın öz ustaları edəcək). Təbii ki, şöbə müdiri bir neçə min manatlıq material pulunu özü vermək istəməyib və şöbə əməkdaşlarına eşitdirib ki, maaş alanda 50 manatdan yğısınlar. Yazıq sıravi işçilər də qalıb əl-amanda. Zatən indiyə kimi “fond pulu” da veriblər.
İndi sual olunur: Xəsətəxanaın təmirinə ehtiyac duyulan şöbələrində təmiri kim aparmalıdır,xəstəxana,yoxsa tibbi heyət? Bəs hökumətin cari təmirə ayırdığı vəsaitlər haradadır?
Yuxarılara getmək iddiasında olan və Mingəçevirdən tarmplin kimi istifadə edən Leylan Nəsirova yuxarıdakı dəstəkçilərinin etimadını beləmi qazanacaq? Yoxsa,bura pul yığmaq metodlarının tərbiqi üçün təcrübə paliqonu kimi istifadə olunur?
P.S. Xanım Leylan Nəsirova, unutmayın ki, 2017-ci ildən bu yana Mingəçevir xəstəxanasına “yuxarı getmək” üçün tramplin gözü ilə baxanların heç birisi istəyinə nail ola bilməyib. Çünki işə elə sizin kimi başlamışdılar. Yuxarılara getmək üçün təmiz işləməli, qalmaqllardan uzaq olmalı və şəhər sakinlərinə keyfiyyətli tibbi xidmət göstərməlidir..."Diaaz.info
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30