Emin Əmrullayev sabiq nazirə vəzifə verdi

Bu gün, 10:14 45 dəfə baxılıb

 

Elxan Nəcəfov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd edək ki, Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.

2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.

2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30