"Atlant"ın rəhbəri Tahir Qədəşov vəfat etdi - ürək çatışmazlığından...

Bu gün, 10:08 233 dəfə baxılıb


  Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,o, ürək çatışmazlığından dünyasını dəyişib.

Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.

Qeyd edək ki, onun kürəkəni, “Təbriz” MTK-nın rəhbəri və “Atlant” istirahət mərkəzinin şəriklərindən biri olan Nofəl Hacıyev noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarı ilə “Atlant” Ailəvi İstirahət Mərkəzi də müsadirə olunub.

İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarındakı mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İstintaq materiallarına görə, həmin vəsait “Atlant” istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldilib.

Məhkəmənin qərarına əsasən, kompleks hərrac yolu ilə satılacaq, əldə olunan vəsait isə zərərçəkmiş vətəndaşlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.

İş üzrə digər təqsirləndirilən şəxs, “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədova isə şərti cəza verilib. Bizim.Media



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30