Zelenski: Torpaqlarımızı Rusiyaya vermək istəsəydik, bunu 2022-ci ildə edərdik

Bu gün, 10:12 203 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarında mümkün ərazi güzəştlərinə münasibət bildirib.
UNIAN-ın məlumatına görə, Zelenski bu barədə Berlində keçirilən “İstəklilər koalisiyası”nın iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
“Əgər torpaqlarımızı təcavüzkara vermək istəsəydik, bunu hələ 2022-ci ildə edə bilərdik. Lakin biz sübut etdik ki, ölkəmiz öz evlərini, torpaqlarını, ailələrini və ən əsası, müstəqilliyini və azadlığını müdafiə etməyə qətiyyətlə hazırdır”, – deyə Zelenski bildirib.
Ukrayna lideri müharibə illərində ölkəsinin bu mövqeyini dəfələrlə nümayiş etdirdiyini vurğulayıb.
“Bəli, çətin olacaq, çox çətin. Ola bilsin ki, bu, ən ağır qışımız olsun. Lakin biz prinsiplərimizə sadiq qalırıq”, – o əlavə edib.
Zelenskinin sözlərinə görə, ərazi məsələsinə sülh razılaşmasının sadəcə texniki hissəsi kimi yanaşmaq olmaz.
O bildirib ki, ukraynalılar üçün bu məsələ suverenlik, təhlükəsizlik və dövlətin gələcəyi ilə bağlıdır. Buna görə də istənilən kompromis Ukrayna xalqının mövqeyini nəzərə almalıdır.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30