Müəllim sertifikasiyası və avtomobil satışı adı ilə dələduzluq etdi

Bu gün, 10:10 135 dəfə baxılıb

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nahid Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Nahid Bəşirov ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq edib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxsin ilk epizodu müəllimlərin sertifikasiya imtahanları ilə bağlı olub.

Belə ki, zərərçəkmiş V.V. (adı, soyadı şərtidir) Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikasiya imtahanında zəruri keçid balını toplamasına köməklik göstərilməsi üçün tanıdığı şəxs vasitəsilə Nahid Bəşirova müraciət edib. Təqsirləndirilən şəxs isə yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin şəxslər vasitəsilə məsələni həll etmək imkanına malik olduğunu yalandan vəd edib.

Həmin vədin müsbət həll olunacağına inanan zərərçəkmiş şəxs ona 10 min manat məbləğində pul verib.

Bundan başqa, başqasının adına sənədləşdirilmiş, faktiki olaraq zərərçəkmiş Babək Kərimovun (adı, soyadı şərtidir) mülkiyyətində olan, 12 000 manat dəyərində “Opel Astra” markalı avtomobili taksi fəaliyyəti ilə məşğul olacağı adı ilə əldə edib. Avtomobili əldə etdikdən sonra təqsirləndirilən şəxs onun fotoşəkillərini “TikTok” sosial şəbəkəsində paylaşaraq satışa çıxarıb.

Nahid Bəşirov elanla maraqlanan zərərçəkmiş İ.İ. (adı, soyadı şərtidir) avtomobilin ilkin ödəniş etməklə kredit şərti ilə onun adına rəsmiləşdiriləcəyini vəd edib. Bu vədlə zərərçəkmiş şəxsdən ümumilikdə 2 500 manat pul alaraq dələduzluq edib.

Bundan başqa, Nahid Bəşirov eyni əməllə daha 3 zərərçəkmişin 5 510 manat, 14 400 manat və 7 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30