SOCAR bildirir ki, Naxçıvanın yanacağa tələbatı tam ödənilir. Şirkət AZƏRTAC-ın sorğusuna cavabında yanacağın muxtar respublikaya Türkiyə və Gürcüstan ərazisindən gətirildiyini açıqlayıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, halbuki “Gündəlik Naxçıvan”a danışan fermerlər məntəqələrdən əliboş qayıtdıqlarını, dizelin isə iyirmi litrlik limitlə satıldığını deyirlər.
Onların sözlərinə görə, bu yanacaq şuma çatmır, texnikalar dayanır, əkin işləri ləngiyir. Plastik kanistrlərə yanacaq doldurulmasına qoyulan qadağa da kəndlərə yanacaq aparmağı çətinləşdirir.
Adının çəkilməsini istəməyən məntəqə işçisi isə iddia edir ki, dizel Türkiyədən gələn TIR sürücülərinə daha baha satıldığı üçün onlara üstünlük verilir.Diaaz.info.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.