“Diləfruzu da, Zamirin qızlarını da Təvəkkül oğurlayıb aparıb Məmmədmusa Hüseynova təhvil verib”.
Musavat.com xəbər verir ki, bu, Şabranın Dağbilici kənd sakini Hürü Daşdıyevanın sözləridir. Hürü Daşdıyeva 2005-ci ildə müəmmalı şəkildə itkin düşən, bu günə qədər də öldü-qaldısı bilinməyən Diləfruz Daşdıyevanın anasıdır.
Hürü Daşdıyevanın sözlərindən belə qənaət formalaşır ki, Dağbilici kəndində 20 il öncə onun qızının oğurlanması, ardından eyni kənddən Zamir Məcidovun qızları 14 yaşlı Nailə və 7 yaşlı Reyhanənin oğurlanması, 2023-cü ildə Qəlagah kəndindən Ənvər Müslümovun izsiz-tozsuz yoxa çıxması cinayətləri arasında əlaqə var. O, baş verənlərin təşkilatçısı rolunda zamanında Şabran Polis Şöbəsində rəis müavini vəzifəsində çalışmış Məmmədmusa Hüseynovu, icraçı kimi hazırda ömürlük həbsdə olan Qələgah sakini Təvəkkül İsmayılovu görür.
Onun sözlərinə görə Təvəkkül İsmayılovun cinayət işi üzrə istintaqda, sonradan isə məhkəmədə Dağbilicə baş verən adam oğurluğu cinayətləri tam olaraq araşdırılmayıb.
Hürü Daşdıyeva elə faktlar, elə məlumatlar bölüşür ki, Dağbilicidə baş verən adam oğurluqlarının mütəşəkkil qaydada törədilməsinə şübhə qalmır.
“Məmmədmusa Hüseynov bizi qabaqlayırdı, imkan vermirdi ki, gedib qızımıza çataq”
O deyir ki, qızı oğurlanandan 3-4 gün sonra paltarlarını Ləcədi ərazisindəki əkin sahəsində tapıblar.
“Təvəkkül qızımı oğurladığı gün aparıb Ləcədi kəndində Rahimin evində 1 gecə saxlayıb. Rahimi də aldadıb ki, qızı özünə ailə qurmaq üçün aparır. Bundan sonra polislər Təvəkkülü axtarıb tapdılar, məlum oldu ki, İsnov kəndində gizlənib. Amma Məmmədmusa Hüseynov Təvəkkülə danışmağa imkan vermirdi, suallara onun yerinə cavab verirdi. Deyirdi ki, guya Təvəkkül qızım Diləfruzu Qubanın Çiçi kəndinə aparıb, orada fermada yaşayırlar, mal-heyvana baxırlar. Yoldaşıma Məmmədmusa deyirdi ki, neynirsən qızını axtarırsan, gedib axtarıb tapdın, Təvəkkülün əlindən alacaqsan? Belə aldadırdı bizi. Məmmədmusaya deyirdik ki, qızımın yerini bilmək istəyirik ki, gedib baxaq, görək, bəlkə elə ağır şərtlərdə yaşayır? Məmmədmusa Hüseynov bizi qabaqlayırdı, imkan vermirdi ki, gedib qızımıza çataq.
Axır ki, bir gün Şabrandan maşın tutduq, yolandıq Çiçi kəndinə. Orada fermaları gəzdik, adamlardan soruşduq. O kənddə hamı bir-birini tanıyır, dedilər ki, bura belə adamlar gəlməyib. Diləfruzu Çiçidə görən olmayıb. Məlum oldu ki, Məmmədmusa Hüseynov bizi aldadır”.
“Qızı Məmmədmusadan soruş, mən qızı ona təhvil verdim, o da qara maşına qoyub apardı”
Hürü Daşdıyeva deyir ki, qızını Təvəkkül İsmayılov oğurlayandan sonra aparıb Məmmədmusa Hüseynova təhvil verib, bunun əvəzində ondan pul alıb. Onun sözlərinə görə Bakıda, hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə (Bakı Ağır Cinayətlər Məhkəməsi-E.M) Təvəkkül İsmayılovdan qızının yerini xəbər alıb.
“Təvəkkül dedi ki, qızı Məmmədmusadan soruş, mən qızı ona təhvil verdim, o da qara maşına qoyub apardı. Dedi ki, Məmmədmusa desin, mən qızı ona verdim, o da mənə pul verdi. Tapşırdı ki, mənimçün qız-gəlin gətir, səni dolandıracağam, səni işlədəcəyəm”.
“Təvəkkül yoldaşıma dedi ki, məni Məmmədmusa aldatdı, dedi qız gətir, səni dolandıracağam”
Hürü Daşdıyeva daha bir maraqlı məqamı vurğulayıb. O, deyib ki, Təvəkkül İsmayılov tutulub Şabran rayon Polis Şöbəsinə gətiriləndən sonra müvəqqəti saxlama yerində onunla görüşüblər. O görüş zamanı Təvəkkül İsmayılov Məmmədmusa Hüseynovu ifşa edib. Onun üzünə deyib ki, 2 il onu gizlədib.
“Təvəkkül Məmmədmusanın üzünə dedi ki, sən məni 2 il çöllərdə yatırtdın, deyirdin ki, sən axtarışdasan. Qardaşım 2 il çölə mənim üçün çörək gətirdi. Deyirdin ki, sən evdə qalma, çöldə gizlən. Elə orada Təvəkkül yoldaşıma dedi ki, məni Məmmədmusa aldatdı, dedi qız gətir, səni dolandıracağam”.
“Qız axtarıldı, pasport da cırılıb atıldı”
Hürü Daşdıyeva deyir ki, qızı yoxa çıxarılandan sonra onun pasportu, fotoları da onlardan alınaraq yoxa çıxarılıb:
“Məmmədmusa qapıya adam göndərmişdi, Diləfruzun pasportunu, fotolarını aldılar. Guya ki, onu axtarırlar. Bizə də bu kağızda şəkilini verdilər. Qızımdan qalan elə yeganə şəkil də elə budur. Başqa bir şəkili də yoxdur. Pasportunu, o qırmızı rus pasportu vardı, ondan idi pasportu da, aldılar, heç qaytarmadılar da. Dedim ki, pasportu qaytarın, dedilər ki, qız axtarıldı, pasport da cırılıb atıldı”.
“O pasportla onu ölkədən çıxarıblar, Diləfruzu satıblar, göndəriblər xaricə”
Hürü Daşdıyevanın sözlərinə görə qızının pasportunu əllərindən Diləfruz Daşdıyevanı ölkədən çıxarmaq üçün alıblar: “O zaman bizdən pasportu alıb apardılar. Bundan sonra bizə deyirdilər ki, Diləfruzun pasportunu nahaq yerə əldə vermişik, o pasportla onu ölkədən çıxarıblar. Diləfruzu satıblar, göndəriblər xaricə”.
Ənvər Müslümov dedi ki, gəl sənin iki bank borcunun ikisini də bağlayım!
Hürü Daşdıyeva araşdırılması zəruri bir məsələni də diqqətə çatdırır:
“Təvəkkül də, Ənvər Müslümov da qonşu Qələgah kəndindən idilər. Təvəkkül Ənvərin çobanı idi. Qızım itəndən sonra, yaram qan verdiyi o günlərdə Ənvər qapımıza gəlmişdi. Mənə dedi ki, bəs eşitmişəm banklara kredit borcların var, istəyirəm sənə kömək edim. Gəl sənin iki bank borcunun ikisini də bağlayım, narahat olma, səni dinib-dindirən olmayacaq. Sən bank verməyəcəksən, sən kredit köçürməyəcəksən. Mən də ona dedim ki, sən mənim nəyimsən ki, mənim bank borcu bağlayırsan? Bilmədim onu qapıma kim göndərmişdi”.
Qızımı itirmişdilər, sənədlərini də itiriblər!!!
Hürü Daşdıyeva deyib ki, qapısından qovandan bir müddət sonra Ənvər Müslümov yenidən onun evinin qarşısında peyda olub:
“Yenə də dedi ki, banklarını bağlayım. Ona dedim ki, bankları almışamsa, özüm də bağlayacağam, sən mənim banklarımla işin olmasın. Dedim məni xətaya salma, qapımdan elə get ki, izin-tozun da qalmasın”.
Hürü Daşdıyeva qızı Diləfruz Daşdıyevanın sənədlərinin kötüyünün Şabran Qeydiyyat Şöbəsindən izsiz itirildiyi faktından da danışıb. Deyib ki, torpaq məsələlərinə görə yaşadıqları ünvanda qeydiyyatda olanların sənədləri lazım olub. Qızı Diləfruz Daşdıyevanın pasportu Məmmədmusa Hüseynov tərəfindən aparıldığından Şabran Qeydiyyat Şöbəsinə üz tutublar: “Orada Diləfruza aid sənədi tapıb bizə verə bilmədilər. O qədər kitabları(qeydiyyat kitablarını nəzərdə tutur – E.M) tökdülər, axtardılar, amma tapmadılar. Qızımı itirmişdilər, sənədlərini də itiriblər. Məmmədmusa özündən sonra iz qoymayıb ki, izi bilinər”.
“Birini atın belinə qoyub, birini də qucağına alıb atın belində aparıb kanala tərəf”
Hürü Daşdıyeva qızı Diləfruz Daşdıyeva itəndən sonra kəndlərindən itən Zamir Məcidovun qızları haqda bunların bilindiyini deyib: “Zamirin iki qızını oğurladılar. O vaxt Mahirin atasının atı vardı, Təvəkkül Zamirin qızları böyürtkən yığanda onları tutmuşdu, atın belinə atıb aparmışdı. O, qızları atıb belinə qoyanda sağ olublar, onları öldürüb bilmirəm. Birini atın belinə qoyub, birini də qucağına alıb atın belində aparıb kanala tərəf. Qızları orada Məmmədmusaya təhvil verib. Bundan sonra o uşaqların da izləri itirilib, onları da görən olmayıb!”
Hürü Daşdıyeva baş prokuror Kamran Əliyevə müraciət edərək qızının və Zamir Məcidovun övladlarının oğurlanmasının yenidən araşdırılmasını da xahiş edib.
P.S Şabran dağlarındakı adam oğurluqları, müəmmalı itkindüşmə və kriminal izli ölüm hadisəsi ilə bağlı araşdırmalarımızın növbəti hissəsini də qarşıdakı günlərdə təqdim edəcəyik. 2007-ci ildə 2 qızı oğurlanmış Zamir Məcidovun baş verənlərin arxasında dayanan fiqur kimi sabiq AMEA prezidenti Ramiz Mehdiyevin adını çəkir. Araşdırmamızın növbəti hissəsində bunun səbəbini biləcəksiniz.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Tovuzun İcra Başçısı Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ
Sahil Babayev qənaətə başladı – Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır
Bakıda “Şəfalanma” adı ilə yüzlərlə qadını bir araya toplayan şəxs GÖRÜN KİM İMİŞ – FOTO + VİDEO
Həkimlər Sənan Mehdiyevin həbsinə etiraz edir: “Biz qatil deyilik...”
Nazir Penitensiar Xidmətə yeni rəis təyin etdi - FOTO
Orqan alqı-satqısında hüquqi məsuliyyət kimin üzərinə düşür? - HÜQUQŞÜNAS DANIŞDI
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
İnsanlar artıq evlənmirlər, hara gedirik? - VİDEO
Azərbaycan XİN Çilini təbrik etdi
Azərbaycanda toy qaydaları dəyişir? – Qonaq sayı və vaxt limiti…
"Formula 1" yarışı: Bakıda məhdudiyyət qoyulacaq yolların siyahısı açıqlanıb
Bu gün Robert Köçəryan məhkəmə qarşısına çıxarılacaq
Rusiyada seçkilər başladı
“Kontakt Home”dan aldığı bütün əşyalar xarab çıxdı – Şikayət
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransında iştirak etdi
Ukraynada kütləvi antikorrupsiya auditinə başlanılır
Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Azərbaycanda internet tarifləri dəyişir - 25 manat olacaq
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Zaqatalada kişi meyiti aşkarlanıb
Putinin böyük arzusu: ABŞ və Çinlə “Böyük üçlük” sammiti keçirmək...
Prezidentdən toplantı iştirakçılarına – Müraciət
Azərbaycanda əhali sayı artıb
Suraxanıda gecə aparılan tikinti sakinləri ayağa qaldırdı – Video
Alla Axundova vəfat etdi – FOTO
Hikmət Hacıyev: Avropa Parlamentinin qətnamələri regionda sülh gündəmini zəiflədir
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Avroliqa həyacanı davamn edir: “Beşiktaş” və “Yuventus” meydana çıxır
Ata 2 yaşlı oğlunu döyüb, komaya saldı - Həbs olundu
1.5 milyon manatdan çox vergi borcu olan "KƏPƏZ 22" MMC kimindir?
Nazirlərlə bağlı maraqlı MƏLUMAT yayıldı - Bu günə qədər bilinmirdi
Kirayə qaldığı evdə otaq yoldaşını kürəyindən bıçaqladı, 7 il həbs cəzası aldı
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Əmrullayevə SƏRT sözlər: “Bu problemləri kim həll etməlidir?”
Bu rayonlarda icra başçısı yoxdur - Siyahı
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Ankarada 10 il axtarışda olan FETÖ üzvü saxlanıldı
264 nömrəli məktəbdəki skandal araşdırılır
LeoBank indi də jurnalistə kələk gəlib: "Heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore"də..." - "Bu xidmətdən uzaq durun!"
Daha bir rus generalı həlak olub
Valyuta məzənnələri dəyişdi: Bu pullar bahalaşdı
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
Türkiyə və Almaniya İrana uçuşları DAYANDIRDI
İşdən çıxarılan icra başçısı məşhur şəxsin qardaşıdır
Prezidentə verilən 500 min dollar Qarabağa yönəldildi
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Nazirdən Bilik Günü ilə bağlı paylaşım
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
Premyer Liqa: V tura “Şəfa” – “Sabah” oyunu ilə yekun vurulur
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bülənt Ərsoyun milyonluq boyunbağısı - FOTO
Elgiz yeni verilişinin tarixini açıqladı
Tramp: "İranla münaqişə tezliklə bitəcək, neftin qiyməti düşəcək"
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var