Nazir Penitensiar Xidmətə yeni rəis təyin etdi - FOTO

19-02-2025, 18:55 10 dəfə baxılıb

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.

 Yenisirvanli.İnfo.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub.

 Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb.

 Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031