Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır (Eksklüziv)

19-02-2025, 11:00 5 dəfə baxılıb

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov daha bir diqqətçəkən təyinat imzalayıb.

Yenisirvanli.İnfo.Az  xəbər verir ki, Mia.az-ın əldə etdiyi məlumata görə, o, SHXÇDX-nin Hüquq İdarəsinin rəisi vəzifəsinə ləğv edilmiş MTN-də Huquq idarəsinin rəisi işləmiş Bəxtiyar Hacıyevi təyin edib.

Xatırladaq ki, yeni rəis də MTN ləğv edildikdən sonra həmin xidmətdən kənarlaşdırılanlar arasında olub.

Onu da bildirək ki, vaxtilə MTN-də işləyən M.İbrahimov yeni təyinatlarda daha çox oradan "vurulan" kadrlara üstünlük verir.

Yeri gəlmişkən, MİA.AZ saytı bundan əvvəl Mürsəl İbrahimovun 2023-cü ilin aprel ayında özünə Baş köməkçi götürdüyü qalmaqallı sabiq MTN-çi Tehran Babatovu bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, digər MTN-çi Hikmət İsbatovu isə özünə Baş köməkçi götürməsi haqda yazıb.

Xidmətdəki dəyişiklikləri diqqətdə saxlayırıq.

img img img

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930