Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs “şəfalanma” adlı seans keçirib. Seans zamanı qonaqlar xəstələr üçün nəzərdə tutulmuş paltar geyiniblər. Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.
Yenisabah.az psixoloq və spiritual təlimçi kimi fəaliyyət göstərən qadınla bağlı araşdırma edib.
Əfsanə Qasımlı bir müddət öncə “Azerina” adı ilə məşhurlaşıb. Onun haqqında dələduzluq ittihamları yayılıb. Belə ki, instaqramda “life coach” kimi fəaliyyət göstərən Azerina adlı xanımın insanları aldadaraq pullarını mənimsədiyi iddia edilib və feysbukda"Şəbəkə" səhifəsi dələduzluqda ittiham olunan Azerinanı ifşa edib.
"Şəbəkə"nin yazdığı mətndə deyilir:
"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstaqramda Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - səhifə izləyicilərini aldanmamağa çağırıb.
Xatırladaq ki, Azerinanın dələduzluğu haqqında ilk dəfə bloger Aynur Qurbanqızı məlumat yayıb. O bildirib ki, Azerina insanları ağlasığmaz yalanlarla aldadır:
“Araşdırdım məlum oldu ki, hamısı pulla tutulmuş profillərdir. Bunu tək mən yox, siz özünüz də baxsanız görərsiz ki, eyni mesajlar kopyalanıb “spam” kimi bütün statuslara atılır və eyni profillər tərəfindən edilir. Sonra onunla işləyən adamın yaxını ilə danışdım, deyir bu saxta reklam mesajlar üçün xüsusi şirkətə pul ödəyir və status paylaşılanda hamısı spam kimi bu tip şərhlər atmağa başlayır. Və bizim kimi sadə adam da baxır şərhə ki, bu qədər adam yazıbsa, yəqin düz olar. Seansına gedib 300-500 azn ödəyir. Marafonların eynisi başqa adamlarda 15-20 AZN-dir, amma reklam şərhlər və pul qarşılığı bloger reklamlarından sonra adını məşhurlaşdıran bu 150- 200 AZN qoyur. Təsəvvür edin də, 50-100 təsirə düşmüş adam qatılanda (və qatılırlar da) nə qədər pul edir. 1 həftəyə 10-20 min AZN. Əlbəttə, sizin bu pulla daha çox gəlir əldə etmək üçün məşhur blogerlərə pul ödəyib reklam da etmək olar, hələ pulla şərh yazanları tutmaq da. Mənə gələn məktubların birində deyilir ki, Azerina maşın yanında durmuş qız paylaşıb və yazıb ki, bəs mənim pul marafonumdan sonra bu qoşulan xanım 3 günə bahalı maşına sahib oldu. Məktubda bildirilir ki, əslində maşın onun qardaşına məxsusdur, sevgilisi yanında şəkil çəkdirib və bu da hansısa məvacib qarşılığında başlayıb. Yəni belə oyunlar qurulur. Əlbəttə həftəyə 20 min azn qazanan üçün pulla adam tutmaq çətin deyil”.
Aytac Şahin
Telegram kanalımız

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Tovuzun İcra Başçısı Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ
Həkimlər Sənan Mehdiyevin həbsinə etiraz edir: “Biz qatil deyilik...”
Səhiyyəmiz sağaltmır, öldürür!
Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT
“Mercedes Benz-Azərbaycan”ın adı qalmaqalda: Dünya mediası sirrin üstün necə açıb?
Mirsaleh Seyidovun kadrları Sahib Rzayevi ÇƏTİN DURUMA SALA BİLƏR - İLGİNC İDDİALAR
İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir - “3 aydır həkimlərdəyəm”
Qonşusunu öldürərək quyuya atan şəxs: - “Arvadımla münasibətlərindən şübhələnirdim...”
Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri nəzərdən keçirilib
Masallı SULTANLIĞI... - MASALLI SULTANLIQDIR!
Bayır şəhər sakinləri HARAY ÇƏKİR... - ÇARƏSİZLİK...
Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə
Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir?
Mərdəkanda yataqxanada yanğın olub
Kimlərə xaş yemək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI
Cəlilabadda bələdiyyə sədri ürəktutmasından vəfat edib
Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramiz Mehdiyev cəzasından narazıdır – Apellyasiya şikayəti verdi
Rumıniyada 5.3 bal gücündə zəlzələ - İstanbulda da hiss olunub
Minlərlə uçuş ləğv olunub, banklarda köçürmələr dayandırılıb... - ABŞ-da "Rəqəmsal xaos" yaranıb
Baş redaktor İnam Kərimova müraciət etdi
Qızılın qiyməti aşağı düşüb
Camış əti, saxta kürü… – “Meridian Luks” və digər tanınmış şadlıq saraylarında qida pozuntuları (FOTO/VİDEO)
Quba Mərkəzi Xəstəxanasında qalmaqal - Saxta arayışa görə onlarla işçi işini itirdi
Çingiz Mustafayev, Nizami Orucov və DJ Mansur Bakını tərk etdilər – SƏBƏB
Diqqət: Azərbaycanda siqaret bahalaşacaq
Bülbülə gölü daşdı, Bakıxanovda evləri su basdı - VİDEO
Sumqayıtda həkim dünyasını dəyişdi: 48 yaşlı Şahin Əliyev vəfat etdi
Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim etdi - FOTO
Şəmkirdə evdən kişi və qadın meyitləri tapıldı - YENİLƏNİB
"Heç kim Ceyhun Rzayevə bu sualı ünvanlamadı: 500 min manatı haradan almısan?"
Tanınmış bloger Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi - BUNDAN SONRA...
Bakıda qarlı havalara hazırlıqla bağlı bir sıra rayonlarda müşavirələr keçirilib - FOTO
Hikmət Hacıyev Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri ilə görüşüb
Türkiyədə polis “Sözcü TV” telekanalının binasında əməliyyat keçirib, saxlanılanlar var
Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı
"Vüqar Əsgərov dövlət postunu şəxsi obyekti kimi işlədir..." - İTTİHAM VAR...
Bu günün valyuta məzənnələri
ABŞ Rusiya, Ukrayna və Avropa ilə danışıqlar aparıb
“Azərbaycan strateji əməkdaşlığın gündəliyinə təsir göstərən dövlətdir” - DEPUTAT
Terminallarda 500 AZN-dən artıq məbləğdə pul köçürməsinə yeni qadağalar gəldi - Nələr etməlisiniz?
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
"AZƏRİQAZ"ın DAHA BİR İDARƏSİ TAMAMİLƏ LƏĞV OLUNUR - Yanvarın 1-dən...
Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib?
Kreditlə aldığı maşın ondan xəbərsiz satışa çıxarıldı - VİDEO
Baş redaktor dələduzluq etdiyinə görə həbs edildi
Xaçmazda ev yandı – 90 yaşlı tənha yaşayan qadın yanaraq həyatını itirdi
Tanınmış jurnalist VƏFAT ETDİ - FOTO
Ukrayna ilə bağlı danışıqlarda Avropa hansı formatda iştirak edəcək?
7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir
Direktoru rüsvayedici məlumatları yaymaqla hədələyən sahibkara nə qədər cəza verildi?
Keçmiş deputatın Bakıda ƏMLAK DAVASI
Nazpərinin şıdırğı rəqsi - Video
Yatmazdan əvvəl stressi azaldan 5 içki – Maqneziuma alternativ
“Şəfa” və “Zirə” doğma meydanda qarşılaşacaq
Avropa Liqası: bu gecə 17 oyun keçiriləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Aygün Bəylərin bacıları bir-birindən imtina edib? - şok açıqlama
Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO