Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazandı

16-11-2026, 09:58 143 dəfə baxılıb

 

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha beş təmsilçisi tatamiyə çıxıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov ilk mərhələdən azad olub, daha sonra Jantilek Nurtilepulı (Qazaxıstan), Tyeman Diabi (Fransa) və Saba İnaneişviliyə (Gürcüstan) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə almaniyalı Losseni Koneni məğlub edən təmsilçimiz turnirin qızıl medalını qazanıb.

Eyni çəkidə çıxış edən Uşanqi Kokauri startdan azad olduqdan sonra İqor Vraçar (Serbiya) və Yerasıl Kajıbayevi (Qazaxıstan) üstələsə də, yarımfinalda Losseni Koneyə uduzub. Kokauri hələlik açıqlanmayan səbəbdən ukraynalı Yevgeni Baliyevski ilə bürünc medal uğrunda görüşə çıxa bilməyib.

Digər idmançılarımızın nəticələri isə belə olub:

90 kq: Vüqar Talıbov ilk görüşündə macarıstanlı Peter Şafraniyə uduzub.

100 kq: Əjdər Bağırov startda niderlandlı Mixael Korreli məğlub etsə də, növbəti mərhələdə isveçrəli Daniel Eyçə məğlub olub.

+78 kq: Mədinə Kaysinova ilk qarşılaşmada polşalı Kinqa Volçaka uduzub.

Beləliklə, Azərbaycan yığması Zaqreb Qran-prisini 2 medalla (1 qızıl, 1 bürünc) başa vurub. Kənan Nəsibovun (+100 kq) qızıl medalından əvvəl Gültaç Məmmədəliyeva (52 kq) bürünc mükafata sahib çıxmışdı.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30