Azərbaycan cüdoçuları bürünc medal üçün bir-biri ilə görüşəcəklər - Yenilənib

16-04-2026, 14:52 981 dəfə baxılıb

 

Azərbaycan cüdoçuları Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayıblar. 


“Yenisirvanli.info.az” xəbər verir ki, ilk gündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Onlardan 4-ü - Şəfəq Həmidova, Balabəy Ağayev, Turan Bayramov və Əhməd Yusifov bürünc medal qazanmaq hüququ əldə edib. 


60 kq çəkidə Balabəy Ağayev və Əhməd Yusifov bürünc medal üçün bir-birləri ilə qarşılaşacaqlar. 


İdmançılarımızın görüşləri saat 16:00-da başlayacaq. 


Xanım cüdoçumuz Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib. 


Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib. 


Leyla Əliyevanın (52 kq) rəqibi Nikolina Nişaviç (Serbiya) 1/16 final görüşünə çıxmayıb. Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.


Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. O rəqibini məğlub edib. 


Kişi cüdoçularımızdan Turan Bayramov (66 kq) almaniyalı Nikolas Kunzeyə qalib gələrək 1/18 finala yüksəlib. 


Balabəy Ağayev (60 kq) isə 1/8 finalda italiyalı Andrea Karlino üzərində qalibiyyətə sevinib. 


Əhməd Yusifov (60 kq) isə böyük britaniyalı Çarli Ayredən üstün olub və 1/8 finala çıxıb. 


***


Gültac Məmmədəliyeva 1/16 finalda macarıstanlı Reka Puppa uduzaraq mübarizəni dayandırıb. Bu, Azərbaycan yığması üçün günün ilk məğlubiyyəti olub. 


***


Turan Bayramov 1/8 finalda italiyalı Elios Manzini məğlub edərək 1/4 finala çıxıb. Onun rəqibi rusiyalı Murad Çopanov olacaq. Turan Bayramov Murad Çopanova ipponla uduzaraq, mübarizəni dayandırıb. 


***


Leyla Əliyeva 1/8 finalda italiyalı Odette Qiuffridaya məğlub olub. 


***


Könül Əliyeva 1/8 finalda ispaniyalı Martinez Abelendeya uduzaraq mübarizəni dayandırıb. 


***


Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.


***


Əhməd Yusifov 1/4 finalda fransalı Luka Mxidzeyə uduzub. 


***


Balabəy Ağayev 1/4 finalda ukraynalı Dilşot Xalmatova qalib gələrək yarımfinala yüksəlib. 


***


Şəfəq Həmidova isə 1/4 finalda Tara Babulfathdan (İsveç) güclü olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031